Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi və Türkiyə İstanbul Universitetinin Hüquq fakültəsi tərəfindən birgə keçirilən konfrans “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.
Tədbirin məqsədi müasir dövrdə dövlət suverenliyi və milli konstitusiyaların inkişaf istiqamətlərini, qlobal proseslərin milli hüquq sistemlərinə təsirini və beynəlxalq hüququn çağdaş tendensiyalarını müzakirə etməkdir.
Konfransda Azərbaycan və Türkiyədən olan alimlər, dövlət rəsmiləri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edirlər.
Beynəlxalq tədbirə dünyanın 19 ölkəsindən tanınmış alimlər, tədqiqatçılar və ekspertlər qatılıblar.