Bakıdakı Baş Assambleyada atıcılıq üzrə növbəti Avropa çempionatlarının ev sahibləri müəyyənləşib
Bakı, 21 oktyabr, AZƏRTAC
Atıcılıq üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı qərar Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında qəbul olunub.
Səsvermənin nəticələrinə əsasən, güllə atıcılığı üzrə qitə birinciliyi Estoniyada, stend atıcılığı üzrə yarış isə Yunanıstanda keçiriləcək.
Bundan başqa, 2027-ci il Avropa çempionatı isə müvəqqəti təsdiqə əsasən, Finlandiyada təşkil olunacaq. Çünki hələlik sözügedən ölkədə atıcılıq kompleksi tam hazır deyil. 2026-cı ildə kompleksə son baxış keçirilib yekun qərar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]