Bakıdakı Böyük Dəbilqə turnirində beş yüzə yaxın cüdoçu iştirak edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri ilə bağlı Milli Gimnastika Arenasında artıq son işlər görülür. Bu məqsədlə 150-yə yaxın işçi cəlb olunub. Yarış zamanı isə bir o qədər könüllü fəaliyyət göstərəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova məlumat verib.
Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu dəfə Böyük Dəbilqədə iştirakçı sayı daha çox olacaq: “Turnirdə 64 ölkədən 500-ə yaxın cüdoçunun iştirakı gözlənilir. Yarışa maraq çox böyükdür. Çünki qarşıda “Paris-2024” Yay Olimpiya Oyunları var. Bakıdakı yarış idmançılara Olimpiadaya lisenziya xalları qazanmaq üçün şərait yaradacaq. Azərbaycan turnirdə 33 cüdoçu ilə təmsil olunacaq”.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan cüdo üzrə Böyük Dəbilqə turniri 22-24 sentyabr tarixlərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
- 07.06.2026 [18:57]
Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]