Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib
Bakı, 27 fevral, AZƏRTAC
Bakıda keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilər arasında Nikita Simonov halqalar, İvan Tixonov 6 alətin hər birində, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, dəstəli at və paralel qollar, Mənsum Səfərov isə dayaqlı tullanma və turnikdə bacarıqlarını nümayiş etdirəcəklər.
Qadınlar arasında isə Nazənin Teymurova 4 alətin hər birində, Samirə Qəhrəmanova gimnastika tiri və sərbəst hərəkətlərdə mübarizə aparacaq.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 70 ölkədən idmançıların iştirakı gözlənilir. Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq idman gimnastikası üzrə Dünya Kuboku martın 7-10-da baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]