Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKILI JURNALİSTLƏRİN MOSKVA GÖRÜŞLƏRİ

Hər bir səfər, hər yeni görüş bizi zənginləşdirir. Bu baxımdan biz jurnalistlər xoşbəxt peşə sahibləriyik: axı, bu peşə, fransız yazıçısı Antuan de Sent-Ekzüperinin təbirincə desək, bizə insan ünsiyyəti bolluğu bəxş edir.

Elə bu günlərdə Azərbaycan kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Rusiya Beynəlxalq İnformasiya Agentliyi - “RİA-Novosti”nin təşkil etdiyi Moskva səfərindən zəngin təəssüratla qayıtmışdır. Lütfkar ev sahibləri, bu agentliyin MDB və Baltikyanı ölkələr üzrə Baş direktorluğundakı həmkarlarımız - məsul redaktor Valeriya Panina, direktorun müavinləri Ella Taranova və Valeri Yenin, eləcə də direktor Alan Kasayev və şöbə rəisi Aleksandr Altman Moskva torpağında səfərdə olduğumuz altı gün ərzində bizim qayğımızı çəkir, nəzərdə tutduqları proqramın həyata keçirilməsi üçün əllərindən gələni edirdilər.

Proqram isə çox dolğun idi və yaxşı düşünülmüşdü. Səfərin birinci günü “RİA-Novosti” agentliyi ilə tanışlıqla və onun mətbuat klubunda Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə Komitəsi sədrinin birinci müavini Əhməd Bilalovla görüşlə başladı. Qısa giriş sözündə onun toxunduğu mövzuların dairəsi isə geniş idi. Buna görə verilən suallar da ölkələrimizin həyatının ən müxtəlif cəhətlərini əhatə edirdi: əsası hələ böyük lider Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin səyləri ilə bütün sahələrdə ilbəil möhkəmlənən ikitərəfli münasibətlərdən, bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsindən tutmuş bir çox başqa məsələlərə, təəssüf ki, Rusiyada əcnəbilərə mövcud nifrət təzahürləri məsələlərinə qədər. Sonuncu bizim üçün – tarixin bütün dövrlərində dünyada, yəqin, ən tolerant ölkənin vətəndaşları üçün əsla qəbuledilməzdir. Yeri gəlmişkən, bütün bu məsələlər başqa görüşlərdə də söhbətlərimizin mövzusuna çevrilirdi.

Bizi Kremldə Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Sergey Prixodko, Xarici İşlər Nazirliyində isə MDB Departamentinin başçısı Andrey Kelin qəbul etdi, “İzvestiya”nın baş redaktoru Vladimir Mamontovun qonağı olduq. Mən “İzvestiya”nı doğma qəzetim sayıram, çünki 15 ildən artıq bir müddətdə onu Azərbaycanda təmsil etmişəm. “Exo Moskvı” radiostansiyasına getdik, onun baş redaktoru, çox qeyri-adi və maraqlı şəxsiyyətlə - Aleksey Venediktovla tanış olduq. Rusiyanın Avropa hissəsi müsəlmanlarının Dini İdarəsində sanki nur saçan insanla - müfti Ravil Qaynutdinlə görüşümüzün xüsusilə yüksək əhval-ruhiyyədə keçdiyini vurğulamaq istəyirəm. Onun dilindən belə bir sadə həqiqət bir daha səsləndi ki, yalnız mərhəmətə və şəfqətə çağıran səs ədalətlidir.

Bütün bu görüşlər, söhbətlər, fikir mübadiləsi bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutmuşdur, onun mövqeləri möhkəmdir, şimaldakı böyük qonşumuz Rusiya ölkəmizlə dostluq və əməkdaşlıq münasibətlərində maraqlıdır və bu, əlbəttə, bizim üçün də çox vacibdir.

Qeyd etmək xoşdur ki, bakılı jurnalistlərin sualları onların ümumi, kifayət qədər yüksək təfəkkür səviyyəsindən, erudisiyasından, zənnimcə, ən başlıcası isə ölkəmizdəki vəziyyətə, onun problemləri və qayğılarına, dünyadakı mövqeyinə, xalqın rifahı naminə inkişafın hansı istiqamətdə gedəcəyini görmə qabiliyyətinə dərindən bələd olmalarından xəbər verirdi. AzTV-1-in “Den” proqramını təmsil edən Lilya Yusupova, “Obozrevatel” qəzetinin redaktoru, və yeri gəlmişkən, səfərimizin təşkilatçısı Gülnarə Məmmədzadə, ANS şirkətlər qrupunun vitse-prezidenti Seyfulla Mustafayev, Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Vüqar Əliyev, “Turan” informasiya agentliyinin başçısı Mehman Əliyev, İctimai Televiziyanın milli azlıqlar üçün Proqramlar Departamentinin direktoru Rauf Rəcəbov, “Exo” qəzeti redaktorunun müavini Nair Əliyev, Azərpress agentliyinin direktoru Elçin Abdullayev, İnternyus agentliyinin direktoru İlham Səfərov, “Novoye vremya” qəzetinin redaktoru Şakir Əliyev məhz bunu nümayiş etdirdilər.

Əlbəttə, heç də bütün görüşlər xoş ovqat doğurmurdu. Məsələn, “Moskovskiye novosti” qəzetinin baş redaktoru Vitali Tretyakovun, - bundan əvvəl o, “Nezavisimaya qazeta”ya başçılıq etmişdir, - iş otağını dilxor vəziyyətdə tərk etdik. Nə özünə, nə də bizə bəlli olmayan Böyük Rusiya yaradılması mövzusunda söhbət salan və layiqli cavab alan V.Tretyakov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bütün suallardan yayındı. Axı, Yerevandakı Rusiya-Ermənistan Dövlət Universitetinin fəxri professorundan bundan artıq daha nə gözləmək olardı. Özü də bu, onun Beynəlxalq Antiterror Media Forumuna prezidentlik etməsi ilə bir araya sığırmı?!

Lakin bu, çox kiçik və dərhal da unudulub gedən bir məqam idi...

Təbii ki, hər bir işgüzar səfərdə olduğu kimi, bizə də xoş istirahət anları nəsib oldu. Ev sahibləri bu məqamı unutmamış və öz qonaqlarına Rusiyanın Almaz Fonduna getmək və “Gözəllik”dən kam almaq, axşam isə məşhur Aleksandr Abdulovun quruluşunda “Qu quşunun yuvası üzərindən uçarkən” tamaşasına baxmaq imkanı yaratmışdılar. Yeri gəlmişkən, A.Abdulov Ken Kizinin bu məşhur əsərində baş rolu özü oynayırdı. Tamaşadan sonra ümumi razılıq əsasında xalqımızın da, dəfələrlə çıxış etdiyi paytaxtımızın da böyük dostu olan sevimli aktyorla kiçik, lakin dolğun söhbətimiz baş tutdu.

Ən nəhayət, Moskvadakı səfirliyimiz, ilk növbədə, səfir Polad Bülbüloğlu tərəfindən əməlli-başlı əzizləndik və diqqətlə əhatə olunduq. Səfirlə söhbətimiz gecə yarıdan xeyli keçənədək davam etdi. Səfər başa çatanda, Bakıya uçmaq ərəfəsində P.Bülbüloğlunun dəvəti ilə səfirliyimizin milli bayramımız – Respublika Günü münasibətilə “Mariott” hotelində keçirdiyi təntənəli qəbulda iştirak etdik. Rusiya dövlətinin rəsmi nümayəndələri, xarici ölkələrin buradakı səfirləri, mədəniyyət xadimləri ilə yanaşı, Moskvada yaşayıb işləyən və Azərbaycanın haqlı olaraq, fəxr etdiyi məşhur həmvətənlərimiz də qəbulda idilər.

Bu, ümumi bayram idi, xəyallar burada iştirak edən hər birimizi özümüzdən asılı olmayaraq, gələcəyə apardı və bir daha əmin olduq ki, insanlar həmişə bir yerdə mehriban dostluq və sülh şəraitində yaşaya, necə deyərlər, ən mümkünsüz məsələlər barədə razılığa gələ bilərlər. Hər halda, buna inanmaq, ümid bəsləmək lazımdır...

Dərindən hörmət bəslədiyim Anarın bir vaxt dediyi kimi, ümidlər dövrü ən yaxşı dövrdir. Ən yaxşı və əbədi. Çünki ümidlər doğrulanda, ümidlər dövrü başa çatmamalıdır. Gerçəkləşmiş hər bir ümid həm də yenilərinin doğulması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO