Bakılı məktəbli: Ordubad rayonu ilə tanışlıq yaddaqalan oldu
Naxçıvan, 24 mart, Tural Kəngərli, AZƏRTAC
Ecazkar təbiətə malik, tarixi abidələrlə zəngin Ordubad rayonu ilə tanışlıq mənim üçün yaddaqalan oldu.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elşən Əliyev deyib.
“Azərbaycanın əyilməzlik simvolu olan Əlincə qalasında olmaq çoxdankı arzum idi. Tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerlərində, Culfa rayonundakı Gülüstan türbəsində, Əlincə qalasında və Ordubad rayonundakı görkəmli şəxsiyyətlərin ev-muzeylərində olmaq məni çox sevindirdi. Tarix kitablarından məlumatımız olan bu yerləri əyani şəkildə görə bilmək imkanım olduğu üçün özümü xoşbəxt hiss edirəm”, - deyən Elşən Əliyev tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]