Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 26 yanvar, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:
Hazırda yollardakı vəziyyət:
1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.