Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 23 may, AZƏRTAC
Mayın 24-ü saat 08:00-dan mayın 27-si saat 22:00-dək Bakı şəhərinin Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, sabah Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsində də hərəkət qismən məhdudlaşdırılacaq.
Mayın 24-ü saat 08:00-dan mayın 25-i saat 22:00-dək Yasamal rayonunun (Tbilisi prospektindən tunelin girişinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Yol bağlanmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [13:12]
Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
- 14.06.2025 [11:39]
Azərbaycan nefti 4 dollardan çox bahalaşıb
- 14.06.2025 [11:32]
Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir
- 14.06.2025 [11:30]
® “Azercell” gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
- 13.06.2025 [20:55]