İDMAN
Bakının “Neftçi” klubu Braziliya komandasının futbolçusunu transfer edib
Bakı, 12 yanvar, AZƏRTAC
Bakının “Neftçi” klubu daha bir futbolçunu transfer edib.
AZƏRTAC Braziliyanın “İnternasional” klubunun rəsmi saytına istinadla xəbər verir ki, bu komandanın hücumçusu Gilyerme Pato karyerasını Bakı təmsilçisində davam etdirəcək.
“İnternasional” 22 yaşlı oyunçu ilə cari ilin sonunadək olan müqaviləsinə xitam verilməsinə və onun Azərbaycan çempionuna keçidinə razılıq verib. Ancaq forvardın transfer hüququnun müəyyən faizi “İnternasional”a məxsus olacaq. Yəni onun növbəti satışından Porto Aleqre təmsilçisi də gəlir əldə edəcək.
Qeyd edək ki, Gilyerme Pato 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:32]
Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]