Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının “yaşıl ürəyi” yeni inkişaf mərhələsində - Mərkəzi Nəbatat Bağından REPORTAJ

Bakı, 16 sentyabr, Nailə Həsənova, Aytən Hüseynli, AZƏRTAC

Yay fəslinin bitməsinə və payızın başlamasına sayılı günlər qalmış təbiətin gözəlliyini seyr etmək, həmçinin yaradılmış şəraitlə və görülən işlərlə tanış olmaq üçün Bakının mərkəzindən çox da uzaq olmayan məsafədə - Badamdar şosesi 40 ünvanında yerləşən Mərkəzi Nəbatat Bağına getdik. AZƏRTAC-ın əməkdaşları olaraq, burada bitkilərə xüsusi diqqət göstərildiyinin, eyni zamanda, ziyarətçilərin istirahəti üçün hər cür şəraitin yaradıldığının şahidi olduq.

İqlimə uyğunlaşdırılan bitkilər və onlara qulluq

Paytaxtın “yaşıl ürəyi” adlandırılan bu bağa gedən yolun kənarlarında əkilmiş ağaclar göz oxşayır. Bağın giriş hissəsində isə ziyarət saatları göstərilib: 09:00-17:00. Giriş üçün biletin qiyməti 2 manatdır. Kassadan alınan bütün biletlər QR kodla yoxlanılır. Bilet alıb, içəri daxil olduqda sıra ilə əkilmiş şam və sərv ağacları diqqəti cəlb edir. Bağa girişin sağ tərəfində maşınların parklanması üçün müasir tələblərə cavab verən avtodayanacaq gözə dəyir.

Bağın mərkəzinə doğru hərəkət edirik. Qarşımızda açılan yol böyük fəvvarələrə aparır. Fəvvarələrin sağında və solunda isə başqa ölkələrdən gətirilmiş nadir ağac, yaxud ekzotik kol və gülləri çoxaltmaq, yaxud onları qışdan çıxarmaq üçün şüşədən düzəldilmiş qapalı yerlər - oranjereyalar yerləşir. Fəvvarələrin sağındakı oranjereyanın qapısının üstündə bitkilərin adaptasiya prosesi ilə əlaqədar girişin qadağan olduğu yazılıb. Şüşədən görünən nadir və fərqli bitkilərə “ana qayğısı” göstərən bağban xanımlar gözə dəyirlər. Həmçinin suyun içərisindəki nilüfərlər, sarmaşıqlar, Cənubi Afrikadan, Yamaykadan, Çindən gətirilmiş fikuslar, dəmir ağacları, palmalar və digər bitkilər göz oxşayır.

Bələdçimiz, Mərkəzi Nəbatat Bağının Oduncaqlı bitkilər laboratoriyasının müdiri Asif Mehralıyev deyir ki, bağda yeni yaradılan oranjereyada 108 bitki növü var: “Bu bitkilər öz vətənlərində çöl şəraitində yetişir. Bunlar Asiya və Afrikanın müxtəlif bölgələrindən gətirilib. O yerlərin iqlimi, torpağı fərqlidir. Ona görə də yerli şəraitə uyğunlaşmaq üçün bitkilər bu oranjereyada adaptasiya prosesi keçir. Hesab edirəm ki, 1 ildən sonra oranjereyaları ziyarətçilər üçün aça biləcəyik”.

Fəvvarələrin solunda, yeni yaradılmış oranjereya ilə üzbəüzdə isə restavrasiya olunmuş oranjereya yerləşir. Buraya daxil oluruq. Məlum olur ki, yenidən qurulan oranjereyada da bitkilərin adaptasiya prosesi gedir. Həmsöhbətimiz Asif Mehralıyev bildirir ki, burada da dünyanın müxtəlif yerlərindən gətirilmiş ağac, kol, dekorativ və dərman bitkiləri əkilib-becərilir: “Ümumilikdə hər iki oranjereyada 200-ə qədər bitkiyə qulluq göstərilir. Burada səhralıq, subtropik və digər bitkilər yetişdirilir. Adaptasiya prosesini keçmiş dərman, eləcə də digər endemik bitkilər sonradan bağın ərazisində açıq ərazidə əkilir. Bağın inkişafında yeni növlərin, kolleksiyaların əhəmiyyətli rolu var. Təsəvvür edin ki, Azərbaycan florasında 4 min 500-dən çox bitki növü var. Mərkəzi Nəbatat Bağında isə 2 min 500-ə qədər bitki olub. Sərt, quru subtropik iqlimə malik Abşeron yarımadasında, eyni zamanda, kiçik bir ərazidə bu qədər bitkinin yetişdirilməsi çətindir”.

“İstehkam” ağacları və rəmzi heykəl

Söhbət zamanı, həmçinin məlum olur ki, bağdakı Eldar şamları və sərv ağacları, əslində, zərif çiçək və güllərin “istehkamı”dır. Vaxtilə oranjereya bu ağaclarla əhatə edilməsəydi, dəniz səviyyəsindən 135 metr yüksəklikdə yerləşən küləklər şəhərində bu qədər gözəl bağ salmaq mümkün olmazdı. Bu ağaclar zamanında bağın ortasında əkilən və adaptasiya prosesini keçən bitkiləri qoruyub.

Bağın ərazisində maraqlı bir heykəl də var. İnsan əlinin içərisindəki qlobusun ortasında ağac əkilib. Bu rəmzi olaraq dünyanın xilasının təbiəti qorumaqdan keçdiyini, təbiətə qayğının insanların özlərinə qayğı olduğunu göstərir. Heykələ doğru gedən yolun hər iki tərəfində isə müxtəlif bitkilər əkilib.

Bağın bu hissəsində 100-ə yaxın dərman əhəmiyyətli bitkinin - nərgiz, süsən, tülpan, iris, qarğa soğanı kimi çiçəklərin rəng palitrası göz oxşayır. Eləcə də, burada 20-yə qədər bitki növü var ki, Azərbaycanda yalnız bu bağda əkilib. Bunlardan biri də kalanxoya beharensisdir. “Fil qulağı" kimi tanınan bu bitkinin vətəni Madaqaskardır.

Vətəni Meksika olan karton xurma ağacı palmakimilər dəstəsinə aiddir və həmişəyaşıldır. Dekorativ bitkilər sinfinə aid olan bu bitki dibçəkdə əkilir. Xüsusi istilik rejimində yetişdirilən bu bitki suvarılmasına diqqət tələb edir. Birbaşa günəş şüalarının təsirindən yarpaqları sarala bilir.

Bağda geofitlər - soğanaqlı (zanbaqkimilər), kökümsovlu (bir çox taxıllar, cil) və köküyumru (kartof, batat) bitkilər də əkilib-becərilir. Bu sahədə bitkilərə qayğı göstərən bağbanlara rast gəlirik.

İstirahət üçün uyğun məkan və planlar

Mərkəzi Nəbatat Bağında kiçik amfiteatr da var, burada insanların oturması və gəzməsi üçün yerlər də nəzərdə tutulub. Ərazidə bataqlıq və su bitkilərinin əkildiyi kiçik gölməçələr də mövcuddur. Burada ziyarətçilər üçün restoran da fəaliyyət göstərir. Bağda Bakının əsrarəngiz panoramasının açıldığı baxış meydançası isə xüsusilə diqqəti cəlb edir. Ziyarətçilərin buradan paytaxtın mənzərəsini seyr etmək imkanları var. Buradan yeni inşa olunan dördmərtəbəli inzibati binaya doğru yol gedir. Bir az qarşıda isə təmir olunmuş aypara formalı ikimərtəbəli qədim bina görünür.

Mərkəzi Nəbatat Bağının böyüklərlə yanaşı, uşaqların da sevimli məkanına çevrilməsinin şahidi olduq. Buradakı uşaq meydançasında azyaşlılar üçün yelləncəklər, sürüşkənlər və digər avadanlıqlar quraşdırılıb. Uşaq meydançasının yanında isə labirint yerləşir.

Beləliklə, bir daha şahidi olduq ki, Mərkəzi Nəbatat Bağı xoş istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək istəyən ziyarətçilərin üz tutduqları fərqli məkanlardan biridir. Burada şəhərin səs-küyündən uzaq, yaşıllıqlar içində istirahət etmək üçün bütün imkanlar mövcuddur.

Yeri gəlmişkən, özünəməxsusluğu ilə seçilən Mərkəzi Nəbatat Bağının ərazisində 1600-dən çox bitki növü var. Onlardan 125-i nəsli kəsilməkdə olan nadir bitkilərdir. Bunlara bataqlıq sərvi, sekvoya, qara meyvəli dovşan alması, cüt lələkvari yalançı sabun ağacı və başqaları aiddir. Bununla yanaşı, qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır. Proqramda bağın inkişafına dair bütün məsələlər öz əksini tapacaq. Asif Mehralıyev bildirir ki, Mərkəzi Nəbatat Bağının regionlarda yeni filiallarının açılması nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda Mərkəzi Nəbatat Bağının Şamaxı rayonunda 1 filialı var. 20 hektar ərazini əhatə edən həmin filialda dərman üçün və efir yağlı bitkilər becərilir. Lakin onlar ölkənin bütün bölgələrində belə filialların yaradılmasını qarşıya məqsəd qoyublar.

Asif Mehralıyev, həmçinin diqqətə çatdırır ki, Mərkəzi Nəbatat Bağında Biomüxtəliflik mərkəzinin təşkil edilməsi planlaşdırılıb: “Mərkəzi Nəbatat Bağını Azərbaycanda biomüxtəlifliyin mərkəzinə çevirmək istəyirik. Bunun üçün burada baza və imkanlar mövcuddur. Ölkəmizdə qoruq, park və yasaqlıqlar var. Biomüxtəliflik mərkəzini onlarla əməkdaşlıq çərçivəsində qurmağı nəzərdə tuturuq”.

Bundan başqa, laboratoriya müdiri qeyd edir ki, Mərkəzi Nəbatat Bağında elmi fəaliyyətin bərpa olunması da planlaşdırılıb: “Buraya elm adamları cəlb edilməlidir. Onlar bitkilərin introduksiyası istiqamətində elmi işlərini aparmalıdırlar. Yaradıldığı 90 il müddətində bu bağ daim elm istiqamətində inkişaf edib. Digər elmi müəssisələrlə mütəmadi elmi əməkdaşlıq etmək, bitki və toxum mübadiləsi aparmaq istəyirik. Məqsədimiz bağdakı 1600-ə qədər bitki növlərinin sayını 2 minə çatdırmaqdır. Bunun üçün Azərbaycanın bölgələrinə və dünyanın müxtəlif ölkələrindəki bağlara ekspedisiyalar, ezamiyyələr təşkil edəcəyik”.

Asif Mehralıyev onu da deyir ki, Mərkəzi Nəbatat Bağında kurslar təşkil etmək də planlaşdırılıb. “Yaşıllaşdırma istiqamətində həvəsi olan gəncləri dəvət edərək, onlara təlimlər keçəcəyik. Bunun üçün xüsusi tədris proqramları hazırlamışıq. Azərbaycanın yaşıllaşdırılması işində elmli gənclərdən yararlanmaq fikrindəyik”, - deyə o qeyd edib

Həyata keçiriləcək tədbirlər bağın bitki müxtəlifliyi baxımından zənginliyinin artacağını və ziyarətçilərin istirahəti üçün daha geniş imkanların yaranacağını deməyə əsas verir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır