“Baku Open” beynəlxalq budo turnirinin qalibləri müəyyənləşib
Bakı, 1 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Boks Arenasında keçirilən “Baku Open” beynəlxalq budo turniri başa çatıb.
AZƏRTAC BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, İran, Hindistan, Pakistan və Özəkistandan 540-dək idmançı mübarizə aparıb.
Turnirdə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər full-kontakt və fri-kontakt qaydaları üzrə yarışıblar.
Fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıb.