BALACA REJİSSORLAR FESTİVALA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, 2009-cu ilin əvvəllərində keçiriləcək II Azərbaycan Beynəlxalq uşaq kinofestivalının təşkilat komitəsi filmlərin qəbulunu elan etmişdir. Təşkilatçılar Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.
Təşkilat komitəsinin üzvü, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev demişdir ki, öz işlərini birinci festivala çatdıra bilməyən balaca rejissorlar yarışmaya qatıla bilərlər.
Festivalda iştirak üçün gürcüstanlı rejissorlar da müraciət etmişlər. Burada Avropa və MDB ölkələri filmlərinin nümayişi də gözlənilir.
Xatırladaq ki, I Beynəlxalq uşaq kinofestivalı ötən ilin sentyabrında “Şərq-Qərb” kinofestivalı çərçivəsində keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]