Balakəndə payızlıq dənlilərin əkin sahəsi 128 hektardan çox artıb
Balakən, 6 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 1627,3 hektar sahədə payızlıq dən bitkilərinin səpini aparılıb. Taxıl əkinlərinin 919 hektarını arpa, 693,3 hektarını buğda, 15 hektarını isə yaşıl yem üçün xəsil arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 128,2 hektar artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli deyib.
Sektor müdirinin sözlərinə görə, ötənilki mövsüm rayonun qarğıdalı istehsalçıları üçün də uğurlu olub. Belə ki, keçən il balakənli fermerlər dən üçün qarğıdalı əkilmiş 7 min 515 hektar sahədən 46 min 217 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 61,5 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min tondan çox artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]