BALAKƏNDƏ TƏLƏBƏ ADI QAZANMIŞMƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbirdə Balakən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov, Milli Məclisin deputatı Rəbiyyət Aslanova çıxış edərək, məzunları tələbə adına layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə nailiyyətlər arzulamışlar. Natiqlər son illər respublikamızda təhsil sahəsində geniş islahatların aparıldığını, bu sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən mühüm sərəncamların imzalandığını, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini xüsusi qeyd etmiş, Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına balakənlilər adından dərin minnətdarlıqlarını bildirmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, bu il orta məktəbi bitirən məzunlardan 549 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 147 nəfəri tələbə adı qazanmışdır. Məzunlardan 20 nəfəri 500-dən, 2 nəfəri isə 600-dən çox bal toplamışdır. Bu il keçirilən ümumdünya fizika olimpiadasının bürünc mükafatçısı Elnur Hacıyev isə Sinqapur Universitetinin fizika fakültəsinə imtahansız qəbul olunmuşdur.
Görüşün sonunda qəbul imtahanlarında yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]