Balakəndə yazlıq bitkilərin əkin sahəsi 421 hektar artıb
Balakən, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Balakən rayonunda yazlıq bitkilərin əkin sahəsi əvvəlki illə müqayisədə 421 hektar və ya 3,7 faiz artırılaraq 11 min 935 hektara çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, fermerlər cari mövsümdə 535 hektar, yəni əvvəlki ildəkindən 7 hektar çox sahədə tütün yetişdirəcəklər. Balakənli fermerlərin qarğıdalı əkininə də marağı ildən-ilə artır. Belə ki, cari ildə təsərrüfatlarda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılaraq 7 min 40 hektara çatdırılıb. Tərəvəz əkini sahəsində isə 9 faizlik artım qeydə alınıb. Kartof, lobya, bostan bitkiləri və çoxillik yoncanın əkin sahələri də ötən ilə nisbətən artırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]