Balakənli gənclər “Könüllü qonşu” aksiyasına qoşulublar
Balakən, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Könüllü qonşu” aksiyasına Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də qoşulublar.
Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya çərçivəsində könüllülər qonşuluqda yaşayan, karantin rejimi ilə əlaqədar evdən çıxa bilməyən yaşı 65-dən yuxarı ahıl, tənha vətəndaşlara baş çəkiblər. Gənclər zəruri ərzaq məhsullarının və dərman preparatlarının alınmasında, həmçinin məişət tullantılarının atılmasında ahıl vətəndaşlara kömək ediblər.