Banqladeşin paytaxtında baş verən yanğın nəticəsində 6 nəfər həlak olub
Bakı, 28 mart, AZƏRTAC
Bu gün günorta saatlarında Banqladeşin paytaxtı Dəkkədə çoxmərtəbəli binada baş verən yanğın nəticəsində azı 6 nəfər həlak olub, çox sayda insan yaralanıb.
AZƏRTAC “Daily Star” qəzetinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 13:00-da 19 mərtəbəli binada baş verib. Hazırda yanğınsöndürən briqadalar alovun qarşısını almağa çalışır. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Yerli xəstəxananın nümayəndəsi France Press agentliyinə bildirib ki, üç nəfər binanın yuxarı mərtəbəsindən tullandıqdan sonra ölüb, daha iki nəfər isə yanğın nəticəsində həyatını itirib.
Qeyd edək ki, ötən həftə Dəkkə şəhərində məişətdə istifadə olunan kimyəvi maddələrin saxlanıldığı yaşayış binasında baş verən yanğın hadisəsi nəticəsində azı 78 nəfər həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]