Barselonanın Formula 1 ilə müqaviləsinin müddəti uzadılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Barselonanın 2021-ci il mövsümündə Qran-Prinin təşkili üçün Formula 1 ilə müqaviləsinin müddəti uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Barselona avtodromunun mətbuat xidməti məlumat yayıb. Bununla da, mayın 7-9-da keçiriləcək yarışla Barselona 65-ci İspaniya Qran-Prisinə ev sahibliyi edəcək.
İmzalanmış müqavilə uzunmüddətlidir və 2021-ci ildən sonrakı dövrü də əhatə edəcək. Müqavilənin müddətinin uzadılmasında əsas amillərdən biri də Fernando Alonsonun Formula 1-ə qayıdışı və Karlos Saynsın “Ferrari”yə transferi hesab olunur.
Xatırladaq ki, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-Prisinin bu ilin planına əsasən, iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]