Baş Dövlət Yol Polisi İdarəsindən yağışlı hava ilə bağlı xəbərdarlıq
Bakı, 14 fevral, AZƏRTAC
Hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırıb.
Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyi tələb edir.
AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bildirilib ki, həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaq tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçün də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları da məsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]