Baş katib: Şahmatçılarımızın uğurunun davamlı olacağına inanırıq
Bakı, 16 sentyabr, AZƏRTAC
Yeniyetmələrin Avropa çempionatında 7 medal qazanması böyük uğurdur. Medallardan dördünün qızıl olmasını isə xüsusi olaraq qeyd etmək istərdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, yeniyetmələrin nəticəsini tarixi uğur adlandırıb: “Şahmatçılarımız əvvəllər heç vaxt qitə çempionatında 4 qızıl medal qazanmayıb. Bu, federasiyanın son illər gördüyü sistemli işin nəticəsidir”.
Baş katib parlaq qələbə münasibətilə şahmatçıları, onların məşqçilərini və valideynlərini təbrik edib: “Uğurun davamlı olacağına ümid edirik. Gələn ay şahmatçılarımız yeniyetmələr arasında dünya çempionatına yollanacaq. Rumıniyadan sonra dünya çempionatında da uğurlu çıxış edəcəklərinə inanırıq”.
Qeyd edək ki, Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında da hamını qabaqlayaraq birinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]