Baş məşqçi: Azərbaycan Basketbol Liqasında çempion olmaq üçün əlimizdən gələni edəcəyik
Bakı, 20 oktyabr, AZƏRTAC
“Hər zaman olduğu kimi, bu mövsüm də komandamız çempionluq uğrunda mübarizə aparacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri NTD-INDIGO basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bu il Azərbaycan çempionatının çətin keçəcəyini bildirib: “Çünki ötən mövsüm liqada bu qədər güclü legioner yox idi. “Sabah”la yanaşı, “Neftçi” və “Xəzri” klubları da yaxşı transferlər ediblər. Məhz bu səbəbdən ölkə çempionatında gərgin mübarizə hökm sürəcək. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.
T.Baxşıyev yeni mövsüm üçün bir neçə basketbolçu transfer etdiklərini vurğulayıb: “Hətta onlar arasında ikisi məktəblidir. Ötən il ev oyunlarımızı Bakıda keçirirdik. Bu mövsümdən isə rəqiblərimizi Xaçmazda qəbul edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]