SİYASƏT
Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün işgüzar səfərlə Moskva şəhərinə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.