Baş nazir: Gürcüstandan Abxaziya vasitəsilə Rusiyaya yük daşınmayacaq
Tbilisi, 10 dekabr, AZƏRTAC
Biz heç bir qondarma dövlət sərhədini tanımırıq və bizim tərəfimizdən bu barədə söhbət gedə bilməz.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qali rayonu ərazisində gömrük terminalının tikintisi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən söyləyib. Onun sözlərinə görə, vaxtilə əvvəlki hökumətin dövründə imzalanmış konkret saziş əsasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına razılıq verilmişdi. Bundan sonra da razılıq əldə edilmişdi ki, malların daşınması üçün İsveçrənin vasitəçiliyi ilə yüklərin daşınması imkanları yaradılmalıdır.
"Lakin o vaxtdan bu məsələ ilə bağlı tərəfimizdən heç bir addım atılmayıb. O vaxtdan bu məsələyə son qoyulub. Ona görə də zəbt edilmiş ərazilərlə bağlı qanun qüvvədədir və hökumətin bu istiqamətdə heç bir təşəbbüsü yoxdur. Gürcüstandan Abxaziya vasitəsilə Rusiyaya heç bir yük daşınmayacaq", - deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]