Baş nazir: Gürcüstanın Qara dəniz sualtı kabel layihəsi ilə bağlı layihələri var
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Gürcüstan elektrik enerjisi ilə özünü təmin edəcək və Qara dəniz sualtı kabel layihəsi bizə elektrik enerjisini Avropa ölkələrinə ixrac etməyə və Gürcüstanı rəqəmsal mərkəzə çevirməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin “Gulf News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkənin enerji sektoruna, ilk növbədə, su, külək və günəş enerjisinə investisiyalar üçün böyük potensial var. Hökumət başçısı deyib ki, Gürcüstan bu resurslarla zəngindir.
“Bizim 2028-ci ilə qədər elektrik stansiyasının gücünü 8 giqavata, 2030-cu ilə qədər isə 10 giqavata çatdırmaq üçün yeni planlarımız var”, - deyə Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]