BAŞDA KƏPƏYİN ƏMƏLƏ GƏLMƏSİNİN SİRRİ AÇILMIŞDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, saçların dibində kəpək yaranmasının sirri açılmışdır. Onu başın dərisində yaşayan göbələk əmələ gətirir. Göbələyin qalıqlarının dərini qıcıqlandırması nəticəsində dəri qabıq verir. Bunu dünyanın şampun istehsal edən ən iri şirkətlərindən birinin elmi tədqiqat bölməsinin nümayəndəsi Berlində keçirilən elmi konfransda bildirmişdir.
Şirkət bu məsələnin həlli üzərində 40 ildən çox tədqiqat aparmışdır. İndi isə milyonlarla insanın qanını qaraldan problemi həll etmək, həqiqətən, mümkündür. Bunun üçün göbələyi məhv edəcək şampun hazırlamaq gərəkdir. Düzdür, ola bilsin ki, buna da illərlə vaxt sərf etmək lazım gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]