Batumidəki “Adjarabet Arena” Türkiyə bayrağının rəngi ilə işıqlandırılıb
Tbilisi, 10 fevral, AZƏRTAC
Batumidəki “Adjarabet Arena” futbol stadionu Türkiyə bayrağının rənginə boyanıb.
Acarıstan Muxtar Respublikasının rəhbərliyi, Batumi şəhərinin meri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri, bu şəhərdə yaşayan, fəaliyyət göstərən, təhsil alan azərbaycanlılar stadiona gəlir, Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım kampaniyasından fəal iştirak edirlər.
Batumi meriyasından AZƏRTAC-a bildirilib ki, toplanan yardım Türkiyənin Batumidəki Baş konsulluğunun müşayiəti ilə fevralın 10-da Türkiyəyə yola salınacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi