İDMAN
“Bavariya”-“Paris Sen-Jermen” matçının birinci hissəsi başa çatıb
![](/files/galleryphoto/2020/2/1200x630/15982124822304216333_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15982124821461152753_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15982124822657427331_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15982124821681165484_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/159821248267637020_1200x630.jpg)
Bakı, 23 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü çərçivəsində keçirilən “Bavariya” (Almaniya)-“Paris Sen-Jermen” (Fransa) görüşünün birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luş" stadionunda keçirilən görüşün ilk hissəsində hər iki komandanın təhlükəli vəziyyəti olsa da, hesab açılmayıb.
Matçın 25-ci dəqiqəsində “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Onun yerinə Niklas Süle çıxıb.
Qeyd edək ki, bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. “Paris Sen-Jermen” və "Bavariya" indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”in 12 qoluna, "Barvariya" 11 topla cavab verib. Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.
Beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son dəfə 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərənin "Liverpul" klubu ilə birlikdə ən çox qazanan üçüncü komanda olacaq.
Bu oyun, həmçinin UEFA Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975-1976-cı il mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.