“Bavi” qasırğası Çinə güclü külək gətirəcək
Bakı, 24 avqust, AZƏRTAC
Çinin Milli Meteorologiya Mərkəzi bu gün “Bavi” qasırğası ilə bağlı sarı səviyyəli xəbərdarlığı yeniləyib. Qasırğanın özü ilə Çinin cənubuna və cənub-qərbinə şiddətli küləklər gətirəcəyi gözlənilir.
AZƏRTAC bu barədə Sinxua agentliyinə istinadla xəbər verir.
Milli Meteorologiya Mərkəzində bildiriblər ki, bu il ərzində sayca səkkizinci olan qasırğa bu gün səhər tezdən baş verən tropik fırtına səbəbindən güclənib və Koreya Respublikasındakı Çejudo adasından 680 kilometr cənuba olan akvatoriyada 05.00-da müşahidə edilib, episentrdə küləyin maksimum sürəti saatda 118,8 kilometrə bərabər olub.
Sinoptiklər hesab edirlər ki, qasırğa şiddətlənməkdə davam edərək, saatda 10 kilometr sürətlə şimal-şərq istiqamətində irəliləyəcək və bu həftə ölkənin şərqindəki Şandun yarımadasına yaxınlaşacaq.
Bazar ertəsi səhərdən çərşənbə axşamınadək olan müddətdə qasırğa Tayvan, Dyaoyuydao adaları və Çjeszyan əyaləti kimi sahilboyu rayonları cənginə alacaq.
Milli Meteorologiya Mərkəzi sakinlərə küləkdən qorunmağı tövsiyə edib.
Çində əlverişsiz hava şəraiti ilə bağlı dörd səviyyəli xəbərdarlıq sistemi qəbul edilib, ən yüksək təhlükə dərəcəsi qırmızı rənglə, sonrakı dərəcələr narıncı, sarı və göy rənglə işarə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]