Bayden: ABŞ Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün tədbirlər görəcək
Bakı, 9 iyul, AZƏRTAC
Vaşinqton və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni addımlar atmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ evin saytında dərc olunmuş bəyanatında deyilir.
Məlumata görə, bu həftə Amerika lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Baydenin sözlərinə görə, ABŞ müttəfiqləri ilə birlikdə Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni tədbirləri elan edəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ NATO sammitində Bayden və Zelenski arasında görüş keçiriləcəyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]