Bayden demokratlara məktubunda seçki yarışından çəkilməyəcəyini bildirib
Bakı, 8 iyul, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden seçki yarışından geri çəkilmək niyyətində olmadığını və respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bunu Bayden Konqresdəki demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib. Məktubun mətni onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Ağ evin hazırkı sahibi vurğulayıb ki, “mətbuatdakı fərziyyələrə baxmayaraq, o, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır”. Bayden deyir ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”.
“Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”, - məktubda belə deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]