Bayden Makkarti ilə görüşü məhsuldar hesab edir
Bakı, 23 may, AZƏRTAC
Prezident Cozef Bayden ABŞ Konqresi Nümayəndələr palatasının spikeri Kevin Makkarti ilə dövlət borcu tavanının artırılması barədə danışığı məhsuldar hesab edib.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, Cozef Baydenin sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq müzakirələr davam etdiriləcək. Bir daha anlaşıldı ki, defoltun elan edilməsindən söhbət gedə bilməz və irəli getməyin yeganə yolu ikitərəfli razılaşmaya doğru irəliləməkdir.
Bayden qeyd edib ki, Ağ Ev və Konqresdən olan ekspertlər, eləcə də özü və Makkarti müzakirələri davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]