CƏMİYYƏT
Bazar günü üçün hava proqnozu açıqlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şərq rayonlarında çiskin, arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz olacaq. Arabir duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, dağlıq ərazilərdə 2° şaxta, gündüz 9-14° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan rayonlarında hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 14-18° isti, dağlarda gecə 6-8° isti, gündüz 10-15° isti olacaq.