BDU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda
Bakı, 11 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu Q1 kateqoriyalı “Analysis and Mathematical Physics” jurnalında dərc edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, jurnalda alimin “Bircins tipli fəzalarda təyin olunmuş Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğunun xarakteri” adlı məqaləsi yer alıb.
Jurnalın impakt faktoru 2.056-dır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]