BDU BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
Rektor AZƏRTAC-ın müxbirinə demişdir ki, səfər Avropa Universitetləri Assosiasiyasının prezidenti Erik Fromentin dəvəti sayəsində baş tutmuşdur. Səfər çərçivəsində BDU-nun Avropa təhsil və tədqiqat məkanında yaxından iştirakı üçün əhəmiyyət kəsb edən müxtəlif görüşlər keçirilmişdir. Bakı Dövlət Universiteti bu gün dünyanın ən qabaqcıl ali təhsil müəssisələri, o cümlədən Böyük Britaniyanın Nyukastl, Almaniyanın Zigen, Azad Berlin, Avstriyanın Vyana, Polşanın Varşava, Fransanın Nitsa və Monpelye universitetləri ilə əməkdaşlıq edir, birgə proqramlar və qrantlar üzərində işləyir. Universitet Zalsburq seminarının daimi iştirakçısı və Cənubi Qafqazda dayaq məntəqəsidir, 40 ölkənin 143 universitetini birləşdirən Boloniya prosesində fəal iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]