BDU-da kitab sərgisi: Mart soyqırımı - 105
Bakı, 29 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Mart soyqırımı - 105” adlı sərgi təşkil edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sərgidə kitabxananın fondundan “Azərbaycanlıların soyqırımı”, “Azərbaycanda böyük terrorun tarixi”, “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı”, “Erməni xəyanəti”, “Erməni yalanları və tarixi həqiqətlər” və s. kimi ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətləri əks etdirən üç dildə (Azərbaycan, ingilis və rus dillərində) 40-dək kitab nümayiş olunur.