BDU-da “Riyaziyyat, mexanika və tətbiqləri” mövzusunda respublika elmi konfransı
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Riyaziyyat, mexanika və tətbiqləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov Ulu Öndərin təhsilin inkişafında olan xidmətlərindən danışıb, konfransda riyaziyyat elminin müxtəlif sahələrinə aid məruzələr dinləniləcəyini bildirib.
Sonra Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Azərbaycan Texniki Universitetinin professoru İlham Pirməmmədov çıxış ediblər. Çıxışlarda riyaziyyatın müxtəlif istiqamətində fikir mübadilələrinin aparılması, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin nəzəri və praktik cəhətdən mühüm nəticələrinin müzakirə edilməsi baxımından bu cür konfransların təşkili təqdirəlayiq addım kimi qiymətləndirilib. Qeyd edilib ki, belə tədbirlərin davamlı təşkili müvafiq istiqamətdə aparılan elmi işlərə təkan olacaq.
Konfrans bölmələr üzrə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]