BDU-da ustad dərsi: Bioloji proseslərin təhlilində riyaziyyatın rolu
Bakı, 1 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniyanın York Universitetinin Struktural biologiya laboratoriyasının professoru Qərib Mürşüdov tərəfindən “Bioloji proseslərin təhlilində riyaziyyatın rolu” mövzusunda onlayn ustad dərsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsində Q.Mürşüdov riyaziyyatın biologiyada tətbiqi, statistik analizlərin aparılması, makromolekulyar kristalloqrafiya və elektron krio-mikroskopik struktur analizləri üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin yaradılması haqqında geniş məlumat verib. O, struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının, alqoritmlərin qurulmasına dair fikirlərini tələbələrlə bölüşüb və sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]