BDU tələbələri Qərbi Azərbaycanın tarixi və mədəni irsi barədə məlumatlandırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
“Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) keçiriləcək “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransı çərçivəsində tələbələrlə görüş təşkil edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşün məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsidir.
Tədbirdə “Virtual Qarabağ” İKT Mərkəzinin istehsalı olan “Göyçə: itirilmiş ocaq” sənədli filmi nümayiş olunub.