BDU Türkiyənin Ordu Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ordu Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılıq əldə edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova Ordu Universitetində olublar.
Universitetdə keçirilən görüş zamanı tərəflər əməkdaşlıq potensialının yüksəldilməsi məqsədilə magistratura və doktoranturada ikili diplom proqramlarının yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Yaxın zamanlarda iki universitet arasında birgə layihələrin həyata keçirilməsinə dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]