Bədii gimnastlarımız Portuqaliyada uğurlu çıxış ediblər
Bakı, 14 may, AZƏRTAC
Beynəlxalq idman arenalarını fəth etməkdə davam edən bədii gimnastlarımızdan xoş xəbər bu dəfə Portuqaliyadan gəlib. Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid dünya kubokunda ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətləri komandası 3 dəfə fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, bütün mümkün finallarda medal qazanan qızlarımız - Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən, bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.
Turnirin sonuncu günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdiyi çıxışı gümüş medalla mükafatlandırılıb.
Növbəti - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız dünya kubokunun qızıl medala sahiblənməklə, Azərbaycan himnini Portimao arenasında səsləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]