Azərbaycan Dövlət İnformasiya Agentliyi

BELARUS AZƏRBAYCAN İCMALARI KONQRESİNİN SƏDRİ NATİQ BAĞIROVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Əziz həmvətənlər!

Hörmətli qurultay iştirakçıları!

İcazə verin, hər şeydən əvvəl, bugünkü qurultayın keçirilməsinin təşəbbüskarı və təşkilatçısı, dünya azərbaycanlılarının iftixarı, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə planetimizin bütün guşələrindən olan soydaşlarımızı bir araya topladığı üçün dərin təşəkkürümü və minnətdarlığımı bildirim.

Cənab Prezident, Sizin siyasi qətiyyətiniz, regionlarda sadə adamlarla görüşlərdəki səmimiyyətiniz, vətənimizin və xalqımızın parlaq gələcəyi naminə dəyərli səyləriniz qısa vaxt ərzində ölkədə çox şeyi dəyişdirdiyi kimi, dünyada Azərbaycana və azərbaycanlılara qarşı münasibətdə də təsirsiz qalmamışdır. İnanın, Prezident seçkiləri zamanı məhz Sizə inanaraq yekdilliklə səs vermiş bütün ölkə vətəndaşları kimi, Belarusda yaşayan soydaşlarımızın da Azərbaycan Prezidentinə olan məhəbbəti və inamı gündən-günə artmaqdadır.

Müstəqillik əldə etmiş ölkəmizin zaman keçdikcə siyasi-iqtisadi, əxlaqi-mənəvi, eləcə də hərbi qüdrətinin nəzərəçarpacaq dərəcədə yüksəlişi və möhkəmlənməsi, şübhəsiz ki, hər bir azərbaycanlının ürəyini fərəh hissi ilə doldurur. Qürbətdə yaşayan və hər zaman Vətənin dəstəyinə ehtiyacı olan insanlar üçün isə bunun böyük əhəmiyyəti var. Odur ki, cənab Prezident, fürsətdən istifadə edərək, qürbətdə yaşayan soydaşlarımıza hər an mənəvi dayaq olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Əziz həməvətənlərim!

Qədim və qüdrətli tarixi, zəngin mədəni irsi ilə bəşər sivilizasiyasına dəyərli töhfələr verən Azərbaycan xalqının həyatında unudulmaz hadisələr çox olmuşdur. 2001-ci il noyabrın 9-10-u da tarixi hadisə idi. Məhz həmin günlərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Beləliklə, Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində xalqımızın tarixinə daha bir şərəfli səhifə yazıldı.

Birinci qurultaydan ötən zaman çox da uzaq tarix olmasa da, bu illər ərzində dünya azərbaycanlılarının təşkilatlanması, Azərbaycan diasporunun yaranması, formalaşması, onun milli-strateji maraq və məqsədlər baxımından istiqamətləndirilməsi yolunda çox mühüm işlər görülür, tədbirlər həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti” haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, əslində, böyük azərbaycançılıq ideyasının təbliği və müdafiəsindən xəbər verən böyük dövlət siyasətinin başlanğıcı oldu.

Əziz həmvətənlər!

Mən bu qurultayda Belarus Azərbaycan İcmaları Konqresinin sədri kimi iştirak edirəm. Bu gün fəxrlə Sizə bildirmək isətyirəm ki, dahi Heydər Əliyev tərəfindən əsası qoyulan böyük azərbaycançılıq hərəkatı uğrunda çağırışa belaruslu soydaşlarımız birincilər sırasında səs verdi. Belarus Respublikasında yaşayan on minlərlə soydaşımız vahid mərkəz - Belarus Azərbaycan İcmaları Konqresi ətrafında sıx birləşərək, Azərbaycan həqiqətlərinin yayılması, milli diasporumuzun tam formalaşması, təşkilatlanması, Azərbaycanın dövlət maraqlarının qorunması, müdafiə və təbliğ olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Bu gün tam məsuliyyətlə qurultaya məlumat verə bilərəm ki, bəli, Belarus Respublikasında Azərbaycanın və azərbaycanlıların milli maraqlarına tam cavab verə bilən güclü və mütəşəkkil diasporumuz formalaşmışdır.

Böyük məmnunluq hissi ilə deməliyəm ki, birinci qurultaydan keçən dövr ərzində Belarusdakı Azərbaycan diasporu öz fəaliyyətində hər an Azərbaycan dövlətinin və şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin daimi dəstəyini və əməli köməyini hiss etmişdir. Mən bu qayğıya və diqqətə görə bütün belaruslu soydaşlarımız adından cənab Prezident, şəxsən Sizə dönə-dönə minnətdaram.

Ədalət naminə bu gün onu da etiraf etməliyik ki, birinci qurultaydan keçən dövr ərzində dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın Azərbaycan xalqının və dövlətinin maraqları naminə səfərbər olunmasında ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən ardıcıl və səmərəli tədbirlər həyata keçirilmişdir. Odur ki, fürsətdən istifadə edərək, Belarusdakı Azərbaycan diasporu adından Dövlət Komitəsinin sədri Nazim İbrahimova, Komitədə çalışan bütün insanlara təşəkkür edirəm.

Qurultay iştirakçılarına onu da bildirmək istəyirəm ki, Belarus hökuməti və Belarus xalqı da Azərbaycan diasporunun qayğı və problemlərinə, onun qaldırdığı bütün məsələlərə daim həssaslıqla yanaşır və bizi müdafiə edir. Məlumat üçün deyim ki, Azərbaycan İcmaları Konqresi Azərbaycanın müvafiq dövlət strukturları ilə sıx əlaqə saxlayır, xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliğində daim özünəməxsus rol oynayır.

Hər il Belarusun paytaxtı Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də digər əlamətdar bayramlarımız geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir.

Milli-mənəvi dəyərlərimizə daimi diqqət fəaliyyətimizin əsas istiqamətindən biridir. Diasporumuzun imkanları ilə yaradılan Azərbaycan milli rəqs və musiqi kursları, ənənəvi olaraq keçirilən “Şərq rəqs festivalları”, Minsk şəhərində məscid binası tikmək məqsədi ilə torpaq sahəsinin alınması, xüsusi tibb mərkəzində azərbaycanlı uşaqların vaxtaşırı müayinədən keçirilməsi və s. çoxsaylı işlər fəaliyyətimizdən xəbər verir.

Çıxışımızın sonunda Azərbaycan tarixindən şərəfli bir faktı xatırlatmaq və bununla da müasir tariximizlə analoji müqayisə aparmaq istərdim. Tarixdə sərkərdə-şair kimi qalmış Şah İsmayıl Xətainin təxminən 500 il əvvəl, 1501-ci ildə yaratdığı Azərbaycan Səfəvilər dövlətini onun oğlu Şah Təhmasib ləyaqətlə qorudu, daha da möhkəmləndirdi. 1993-cü ilin böhranlı yayında dahi Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Beləliklə, yeni və müstəqil Azərbaycanın dövlətinin qurucusu, memarı oldu. Son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar sübut edir ki, Heydər Əliyevin başladığı böyük dövlətçilik siyasətini onun layiqli və əvəzsiz varisi, dünya siyasətçilərinin hörmətlə dəyərləndirdikləri Prezident İlham Əliyev ləyaqətlə, hünərlə davam və inkişaf etdirir.

Deyirlər, dağın ucalığı uzaqdan daha yaxşı görünür. Odur ki, biz, Belarusda yaşayan azərbaycanlılar doğma respublikamızın uğurlarını kənardan daha yaxşı görürük. Bəli, həqiqətən, möhtərəm cənab Prezident İlham Əliyevin realist, praqmatik daxili və xarici siyasəti Azərbaycana böyük uğurlar qazandırmaqdadır.

Əziz qurultay iştirakçıları!

Sizi və sizin timsalınızda bütün dünya azərbaycanlılarını Azərbaycan dövləti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşməyə çağırıram.

Yaşasın gündən-günə qüdrətlənən Azərbaycan dövləti!

Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, sabahın daha böyük zəfərlərinə doğru inamla addımlayan Azərbaycan xalqına eşq olsun!

X X X

MAHMUD KƏRİMOV: Hörmətli qurultay iştirakçıları. Çıxışlar başa çatdı. İndi biz qurultayın qəbul edəcəyi sənədlərin müzakirəsinə keçirik. Sənədlərin layihələri sizə paylanmışdır.

X X X

Qurultayın Redaksiya Komissiyasının sədri, Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya azərbaycanlılarının II qurultayının Qətnaməsini oxudu.

Dünya azərbaycanlılarının II qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti, Dünya azərbaycanlılarının II qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatına (YUNESKO) müraciəti, Azərbaycan və türk diaspor təşkilatlarına müraciəti qəbul olundu.

Sonra təşkilati məsələlərə baxıldı. Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Təşkilat Komitəsinin təkliflərini nümayəndələrin diqqətinə çatdırdı.

Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə heyətinin yeni tərkibini təsdiqlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi.

AMEA-nın prezidenti Mahmud Kərimov Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin sədri seçildi.

(Qurultayda qəbul olunmuş sənədlər və Əlaqələndirmə Şurasının say tərkibi qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

X X X

MAHMUD KƏRİMOV qurultaya yekun vuraraq dedi:

- Hörmətli qurultay nümayəndələri!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Beləliklə, biz gündəlikdəki bütün məsələləri müzakirə etdik. Qurultay öz işini başa vurmaq üzrədir. Mənə elə gəlir ki, biz bu gün qarşımıza qoyulan əsas məqsədə çata bildik. Qurultay Azərbaycan xalqının bütövlüyünü, onun milli birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz müxtəlif ölkələrdən bu ali məclisə təşrif buyurmuş həmvətənlərimiz və dostlarımızla birlikdə dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu haqqında, xaricdəki Azərbaycan icmalarının və dövlətimizin həll etməli olduğu əsas məsələlər barədə ətraflı fikir mübadiləsi apardıq, lazımi qərarlar və mühüm sənədlər qəbul etdik. Qurultayın qəbul etdiyi qətnamədə yaxın illər üçün fəaliyyətimizin prioritetləri öz əksini tapmışdır. Şübhə yoxdur ki, aparacağımız işlər öz bəhrəsini verəcək və yaxın gələcəkdə biz bunun şahidi olacağıq.

Qurultayın işində fəal iştirak etdiyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm. Qurultaya dəvət edilən xarici qonaqlarımıza bizimlə həmrəylik göstərib burada olduqlarına görə ayrıca təşəkkür edirəm. Vətənimizin tərəqqisi, ölkəmizin qüdrətinin artırılması, soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsi yolunda işlərinizdə hamınıza uğurlar arzulayıram.

Qarşıdan xalqımızın sevimli Novruz bayramı gəlir. Sizi və sizin şəxsinizdə bütün dünya azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik edir, hər birinizə cansağlığı, firavanlıq və xoşbəxt həyat arzu edirəm.

Bununla da Dünya azərbaycanlılarının II qurultayı bağlı elan edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO