SİYASƏT
BELARUS MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 3-də Belarus Müstəqillik gününü, habelə ölkənin alman faşist işğalçılarından azad olunmasını qeyd etmişdir.
Belarus Prezidenti Aleksandr Lukaşenko bayram münasibətilə keçirilən təntənəli yığıncaqda çıxış etmişdir. Minskin Respublika sarayında incəsənət ustalarının iştirakı ilə konsert olmuş, sonra Prezidentin adından Belarusun Müstəqillik günü şərəfinə təntənəli qəbul təşkil edilmişdir.
Tədbirlər Minskdəki Qələbə abidəsi önünə əklillər qoyulması ilə başlanmışdır. Sonra hərbi parad keçirilmişdir. Axşam bütün ölkə Belarus himnini ifa etmişdir.
Ölkənin hər yerində təntənəli tədbirlər, konsertlər, gənclərin aksiyaları, bayram atəşfəşanlığı keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]