Azərbaycan Dövlət İnformasiya Agentliyi

BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN BƏYANATI

-Sağ olun, hörmətli İlham Heydər oğlu!
Mən hələ gəncliyimdə Bakıya gəlməyi arzulayırdım, amma iş elə gətirdi ki, bir dəfə də burada olmamışdım. Bu şəhəri gördükdə ona heyran qaldım. Təsəvvür etməzdim ki, o, belədir, bura nəinki dərə-təpəli yerdir, həm də dağlıqdır. Dağ ətəklərində, təpələrin üstündə yerləşən şəhərləri çox sevirəm. Düzənlikdə böyümüş adam kimi, bu gün müşahidə etdiyimiz mənzərəni görmək mənə çox xoşdur. Dostum İlham Heydər oğluna dedim ki, bu, çox perspektivli şəhərdir, bənzərsiz gözəlliyi olan şəhərdir. Əgər sahil parkı ilə bağlı olan və haqqında mənə şəhər merinin və ölkə Prezidentinin danışdıqları layihələr həyata keçirilsə, bura Şərqdə, Cənubi Qafqazda insanların həyatı üçün çiçəklənən, gözəl bir yer olacaqdır. Bu şəhər bizim üçün kəşf oldu.
Burada olmaq, sizin səmimiliyinizi duymaq bizə çox xoşdur. Bunlar protokol sözləri deyildir. Dövlət başçısının səfərini hazırlayan şəxslər mənə məlumat verdilər: heç bir problem olmadı, bütün istiqamətlərdə adamlar köməyə gəlir və təklif edirdilər ki, buraya baxın, orada olun, bizi gözəl ölkənizlə tanış etməyə çalışırdılar. Biz də sizə eynilə bu cür yanaşırıq. Bu da ondan irəli gəlir ki, bu yaxınlaradək bir ölkədə yaşamış olan qardaş xalqlarımız arasında ənənəvi olaraq xoş münasibətlər yaranmışdır. Belarusda on minlərlə azərbaycanlı yaşayır, onlardan heç biri deməz ki, ikinci vətənində vəziyyəti pisdir. Onlar bizim azərbaycanlılarımızdır, özlərini çox yaxşı və rahat hiss edirlər. Ona görə əsas var - bu, xalqlarımız arasındakı qarşılıqlı münasibətlərdir. Bunu hökumətlərimizin üzvlərinin, - mən hələ prezidentləri demirəm, - yaxşı şəxsi münasibətləri də tamamlayır.
Sizin Prezidentinizlə biz özümüzü istənilən səviyyədə - beynəlxalq konfranslarda, simpoziumlarda, danışıqlarda, MDB-də tamamilə rahat hiss edirik. Biz, sadəcə olaraq, dostuq. Bizim müzakirə üçün qapalı mövzularımız yoxdur. Bir-birimizə tam etibar edirik. Bilirəm ki, Azərbaycan Prezidenti heç vaxt özünə xilaf çıxmaz, heç vaxt arxanca pis söz deməz. Heç vaxt belə şey olmayıb. Çox şadam ki, bu insan mənim yaxşı dostum olan Heydər Əliyevin ən yaxşı keyfiyyətlərini irsən özündə təcəssüm etdirir. Yaş fərqinə baxmayaraq, Heydər Əliyevlə çox dost idik, o, gənclik illərimdən mənim üçün həm hami-tərbiyəçi, həm də örnək idi. Bu, xüsusi hisslərdir, onlar məndə artıq çoxdan, həyatımın hələ prezidentlikdən əvvəlki dövründən yaşayır. Bu, şəxsi məqamdır, lakin o, indiki vaxtda dövlətlərimiz arasında yaxşı münasibətlərin olmasına kömək edir.
Biz - Azərbaycan və Belarus Prezidentləri danışıqlar zamanı belə bir fikirlə razılaşdıq ki, münasibətlərimizin inkişaf sürəti, dinamikası, əsasən, bundan irəli gəlir və mən artıq rəsmi nümayəndə heyətlərinin görüşündə dedim ki, Azərbaycanla əməkdaşlıqda bizim qapalı mövzularımız yoxdur. Əgər söz vermişiksə, vədimizə əməl edəcəyik. Bir ölkənin tərkibində yaşadığımız dövrlərdən bizdə yaxşı hisslər qalmışdır və bu, artıq təsdiq edilmişdir. Ona görə də, inanın ki, Siz Avropanın mərkəzində yaxşı dayaq, yaxşı, etibarlı dostlar tapmısınız. Biz isə əminik ki, iqtisadi, siyasi, diplomatik baxımdan burada, Cənubi Qafqazda çox yaxşı dayaq tapmışıq. Bu da əhəmiyyətlidir ki, bizim münasibətlərimiz hər cür vicdansız siyasətdən uzaqdır. Biz tamamilə əminik ki, əgər əməkdaşlıq ediriksə, - istər qaz üzrə, istər neft üzrə, istərsə də sənayedə, digər sahələrdə olsun, fərqi yoxdur, - bu, digər dövlətlərlə əməkdaşlıqda tez-tez olduğu kimi, heç bir siyasi təzyiqə, siyasi nəticələrə gətirib çıxarmayacaqdır. Bu da çox qiymətlidir.
Odur ki, irəliyə doğru getmək üçün bizim bütün əsaslarımız var və bunu etmək əzmindəyik. Mən iki ölkənin hökumət üzvlərinə baxıram, çox cavan, perspektivli, amma təcrübəli adamlardır. İndi regionlarda, ilk növbədə, dövlətlərimiz arasında mövcud olan problemləri başqaları yox, məhz biz həll etməliyik. Belarus tərəfi buna hazırdır. Səmimiyyətə görə, xeyirxahlığa görə çox sağ olun. Digər göstəricilər bunu daha da artıracaqdır.
X X X
Sonra Prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
-Hörmətli İlham Heydər oğlu, lütfən söyləyin, yanacaq-energetika kompleksində əməkdaşlığa dair Belarus Prezidenti ilə razılaşmanız oldumu? Əgər oldusa, onda bu istiqamətdə hansı perspektivlər var?
İLHAM ƏLİYEV: Bu istiqamətdə müvafiq qurumlarımız fəal işləyirlər. Ötən ilin oktyabrında mənim Belarusa səfərim zamanı onlara tapşırıqlar verilmişdi və o vaxtdan bəri bu mövzuda bir neçə mərhələdə məsləhətləşmələr aparılmışdır. Bizim tərəfimizdən və Belarus rəhbərliyi tərəfindən bu məsələyə ümumi yanaşma var. Biz bu istiqamətdə səmərəli əməkdaşlıq etmək istəyirik. Azərbaycan iri neft və qaz hasilatçısı olan ölkəyə çevrilir. Bu il neft hasilatının həcmi 43 milyon ton, gələn il 50 milyondan çox olacaqdır. Qaz hasilatı da yüksək sürətlə gedir və dediyim kimi, yaxın vaxtlarda Azərbaycan iri karbohidrogen ixracçısına çevriləcəkdir. Ona görə də biz nəqlin şaxələndirilməsi sahəsində əməkdaşlığa həmişə təbii ehtiyatlarımızdan daha səmərəli istifadə imkanları kimi baxmışıq.
Hazırda Azərbaycan nefti Avropa və dünya bazarlarına üç boru kəməri ilə daşınır. Neftin Avropaya Odessa-Brodı marşrutu ilə nəqlinin perspektivləri müzakirə olunur. Bildiyiniz kimi, biz bu layihəni siyasi baxımdan dəstəkləmişik və hazırda kommersiya xarakterli məsələlərin müzakirəsi gedir.
Ölkələrimiz arasında energetika sahəsində, yəni neft-qaz əməliyyatları sahəsində əməkdaşlıq haqqında Azərbaycanda siyasi qərarlar qəbul edilmişdir. Hazırda söz müvafiq qurumların mütəxəssislərinindir, onlar iqtisadi göstəriciləri, mümkün layihələrin kommersiya tərəfini hesablamalıdırlar. Əgər bu, iqtisadi baxımdan qarşılıqlı surətdə faydalı olsa, şübhəsiz ki, biz bu istiqamətdə fəal işə başlayacağıq.
Onu da bilirik ki, Belarus şirkətləri Azərbaycanın neft yataqlarına maraq göstərir. Biz onların marağını alqışlayırıq. Bilirəm ki, hazırda Belarus şirkətlərinin Azərbaycanın neft layihələrində iştirakı ilə bağlı müvafiq qurumlarımız səviyyəsində məsləhətləşmələr aparılır. Biz öz tərəfimizdən bu məsələni tamamilə dəstəkləyirik və əminəm ki, o, danışıqlar çərçivəsində öz həllini tapa bilər.
Fürsətdən istifadə edib demək istəyirəm ki, artıq iqtisadiyyatın bir neçə sektorunu əhatə edən əməkdaşlığımıza olduqca hərtərəfli, çoxplanlı əməkdaşlıq kimi baxırıq. Yəqin ki, iqtisadiyyatın hələlik maraq dairəmizə düşməyən sektorları da gələcəkdə əhatə olunacaqdır. Buna ölkələrimizin rəhbərliklərinin böyük marağı, siyasi iradəsi və müvafiq qurumların birgə işləmək arzusu var. Ona görə də əminəm ki, iqtisadiyyat və energetika istiqamətlərində əməkdaşlığımız çox fəal və qarşılıqlı surətdə faydalı olacaqdır.
-Mənim sualım Belarus Respublikasının Prezidentinədir. Cənab Prezident, Sizin dediyiniz kimi, ölkələrimiz arasında münasibətlər müxtəlif istiqamətlərdə, xüsusilə, iqtisadi sahədə uğurla inkişaf edir. Ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin bundan sonra da genişləndirilməsi üçün hansı addımlar atıla bilər?
ALEKSANDR LUKAŞENKO: Zənnimcə, əməkdaşlığın bu sahəsində ümumiyyətlə heç bir problemimiz yoxdur. Mədəni mübadilələrə, dövlətlər arasında mədəniyyət sahəsində ənənəvi əməkdaşlığa gəldikdə isə, münasibətlərimizi heç zaman kəsməmişik. Əgər kütləvi informasiya vasitələrimiz burada və Belarusda xalqlarımız haqqında, - mənim Azərbaycana səfərim çərçivəsində olduğu kimi, - lazımınca söhbət açsalar, onda ümumiyyətlə heç bir problem olmayacaqdır. Zənnimcə, belaruslar səfərim ərəfəsindəki son həftədə KİV-lərdən Azərbaycan haqqında bütün əvvəlki illərlə müqayisədə daha çox məlumat almışlar. Bu, yəqin ki, jurnalistlərimizi - televiziya şirkətlərini, yazarları dövlət səviyyəsində qəbul etməyiniz sayəsində mümkün olmuşdur və onlar da sizin haqqınızda çox geniş məlumat vermişlər. Adamlarımız hiss etmişlər ki, xalqlarımız arasında əlaqə heç vaxt qırılmamışdır və bizi burada gözləyirlər. Bu isə əsas məsələdir və çox vacibdir. Zənnimcə, Azərbaycanda da münasibətlərimizi elə belə başa düşürlər.
Mədəniyyət sahəsinə gəldikdə isə, burada heç bir problem yoxdur. Humanitar əməkdaşlığın digər istiqamətlərində - elm, səhiyyə, təhsil sahələrində də problemlər yoxdur. Bir daha vurğulayıram ki, zəngin olduğumuz, fəxr edə bildiyimiz, sərvətimiz hesab etdiyimiz nə varsa, hamısını həm də Azərbaycanın sərvəti saya bilərsiniz. Yəqin ki, mədəni-humanitar sahə əməkdaşlığın ən asan sahəsidir. Biz həmişə düşünmüşük ki, iqtisadi əməkdaşlıq daha çətin olacaq və əslində də belədir. Lakin burada da yolu çox sürətlə qət etdik. Ona görə də mədəni və humanitar sahədə problem olmayacaq, üstəlik sabah Heydər Əliyev Fonduna gedəndə və Azərbaycanda Belarus sərgisinin açılışında da bu barədə danışacağıq. Qoy bu, əməkdaşlığımızın davamı olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO