Belarusda Beynəlxalq Ay Tədqiqat Stansiyasının yaradılması barədə saziş imzalanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Belarusda Beynəlxalq Ay Tədqiqat Stansiyasının yaradılması barədə saziş imzalanıb. “Nəhəng daş” sənaye parkı Minsk şəhərinin 25 kilometrliyində yerləşir.
AZƏRTAC xəbər verir ki, “Tyandu” uzaq kosmos tədqiqatları laboratoriyasının və Şanxay Kosmik Hərəkət Elmi-Tədqiqat İnstitutunun təmsilçiləri “Nəhəng daş” Belarus-Çin sənaye parkını ziyarət ediblər. Səfər zamanı Beynəlxalq Ay Tədqiqat Stansiyasının yaradılması sahəsində strateji əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilib.
“Nəhəng daş” sənaye parkının mətbuat xidməti bildirib ki, saziş Çinin uzaq kosmos tədqiqatları laboratoriyası ilə “Çin-Belarus yüksək texnologiyalı aerokosmik tədqiqatlar mərkəzi” MMC-nin rezident-müəssisəsi arasında bağlanıb. Həmçinin qeyd olunub ki, tərəflər kosmik texnologiyalar sahəsində birgə layihələrin icrası üzrə əməkdaşlıq planlarını müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]