BELARUSDA YAŞAYAN SOYDAŞLARIMIZ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜNÜ QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Azərbaycanın Ukraynadakı səfirliyinin Belarusdakı ofisində Azərbaycan icmaları Konqresi şəhidlərin xatirəsini anma mərasimi keçirmişdir.
Mərasimdə Azərbaycan Prezidentinin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamının mətni ilə diasporun üzvləri tanış edilmiş, keçmiş sovet dövlətinin 1990-cı ildə Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciədən, onun təşkilatçılarından danışılmışdır.
Sonra Minsk müsəlmanlarının “Əhli Beyt” cəmiyyətinin rəhbəri Məşədi Mirzəxan şəhidlərin xatirəsinə Qurani-Kərimdən ayələr oxumuşdur.
Bundan başqa, ofisdə 20 Yanvar hadisələrinə dair kitab, broşür və fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur. Anma mərasimini Belarusun birinci milli telekanalı lentə almış, səfirliyin əməkdaşları və “Azərbaycan icmaları Konqresi”nin rəhbəri Natiq Bağırovdan hadisələrə dair müsahibə götürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]