Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
Brüssel, 9 iyun, AZƏRTAC
Belçikada plastik qablaşdırma tullantılarının təkrar emalında son dörd ildə böyük irəliləyiş əldə olunub.
AZƏRTAC xəbər verir ki, “The Brussels Times” nəşrinin məlumatına görə, ölkədə plastik qablaşdırmanın emal səviyyəsi bu dövrdə təxminən altı dəfə artıb.
Məqalədə qeyd olunur ki, bu nəticə daha səmərəli çeşidləmə sistemi, genişlənmiş “mavi torba” proqramı və sənaye miqyasında yeni emal infrastrukturunun inkişafı sayəsində mümkün olub. Belçika Avropa İttifaqı ölkələri arasında ümumilikdə tullantıların idarə olunmasında lider mövqeyini qoruyur.
Eyni zamanda, plastik tullantıların ümumi həcmi artmağa davam etsə də, təkrar emal göstəricilərinin yüksəlməsi ölkənin “dairəvi iqtisadiyyat” hədəflərinə yaxınlaşdığını göstərir. Rəsmilər hesab edirlər ki, 2030-cu ilə qədər bütün qablaşdırmaların tam təkrar emal oluna bilməsi hədəfi daha real görünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]