Belçikada bomba barədə hədələrdən sonra 30-a yaxın məktəb bağlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Belçikanın paytaxtında və mərkəzi Vallon Brabant əyalətində partlayıcı qurğu təhlükəsi ilə bağlı xəbərlər səbəbindən 30-a yaxın məktəb bağlanıb.
AZƏRTAC Belga agentliyinə istinadla xəbər verir ki, bu barədə Brüssel və Vallonun Təhsil İdarəsi məlumat yayıb.
Noyabrın 26-da axşam saatlarında 27 məktəbinə partlayıcı qurğular qoyulduğu barədə hədələr göndərilib. Bu barədə məlumat alan hakimiyyət orqanları ehtiyat tədbirləri çərçivəsində Brüssel və Vallon Brabantda yerləşən müvafiq məktəblərdə dərslərin dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq bəzi məktəblərdə yoxlamalara başlayıb. Polis gün ərzində məktəblərdəki vəziyyəti qiymətləndirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]