Belçikanın Baş naziri ədliyyə nazirinin istefasını təxirə salıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Belçikanın Baş naziri Aleksandr de Kroo krallığın ədliyyə naziri Vinsent Van Kukenbornun istefa qərarını təxirə salıb.
AZƏRTAC xəbər verir ki, o bu barədə X sosial şəbəkə hesabında yazıb: "Mən Van Kukenbornun qərarını nəzərə alır, onun siyasi cəsarətinə hörmətlə yanaşıram. Mən bu məsələyə aydınlıq gətirilməsi üçün Krallığın Təhlükəsizlik Şurasının daxili işlər naziri, baş prokuror və Federal Polisin Baş Komissarının iştirakı ilə iclas çağıracağam”.
Qeyd edək ki, Vinsent Van Kukenbornun istefasına səbəb 2019-cu ildən Belçikada qeyri-qanuni yaşayan 45 yaşlı tunisli Abdessalem Lassoudun Brüsseldə iki isveçli futbol azarkeşini öldürməsi işi üzrə aparılan istintaqın ilk nəticələri olub. Terror aktını törədən Abdessalem Lassoud kəşfiyyat orqanlarında radikal fikirlərinə görə tanınıbmış. İstintaq zamanı məlum olub ki, 2022-ci il avqustun 15-də Tunis hakimiyyəti cinayət ittihamı ilə əlaqədar onun ekstradisiyasını tələb edib, lakin 14 ay ərzində bu müraciət Belçika Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilməyib. Kukenborn, bu məlumat açıqlandıqdan sonra istefa verdiyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]