BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI GƏDƏBƏYDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbirdə oktyabrın 6-da təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi, təbliğat-təşviqatın təşkili məsələləri geniş müzakirə olunmuşdur. Çıxış edən təşkilat sədrləri, bələdiyyə üzvlüyünə namizədlər ayrı-ayrı rayonlarda seçkilərə hazırlıq işləri və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparmış, YAP tərəfindəm irəli sürülən namizədlərin qələbə qazanacaqlarına əminliklərini ifadə etmişlər.
Müşavirədə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bələdiyyə seçkiləri ərəfəsində partiyanın qarşısında duran vəzifələrdən bəhs etmiş, təşkilatlarda seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə qurulmasından razı qaldığını bildirmişdir.
Milli Məclisin deputatı Vidadi Məmmədov seçkilərdə mütləq qələbənin qazanılması üçün namizədlərin üzərinə düşən vəzifələr barədə fikir və mülahizələrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]