BƏLƏDİYYƏLƏRİN ƏLAQƏLƏNDİRMƏ ŞURASI YARADILMIŞDIR
Tovuz rayonunda bələdiyyələrin Əlaqələndirmə Şurası yaradılmışdır. Rayonda fəaliyyət göstərən 62 bələdiyyədən 55-i Əlaqələndirmə Şurasına üzv qəbul olunmuşdur. Tovuz şəhər bələdiyyəsinin sədr müavini Əli Aslanov Əlaqələndirmə Şurasına sədr seçilmişdir. Yeni yaradılmış qurum əsasən rayonun yerli inkişaf proqramının hazırlanması, bələdiyyələr arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, xarici ölkələrdə fəaliyyət göstərən bələdiyyələrlə əlaqələrin yaradılması, rayonun sosial-iqtisadi problemlərinin həlli ilə məşğul olacaqdır.